SORĞU




Baş səhifə | Nüvədi hadisələriZaqafqaziya Sosialist Federativ Sovet Respublikası Fəhlə, Kəndli, Qızıl Ordu və Matros Deputatları Sovetinin Mərkəzi Komitəsinin Rəyasət Heyəti 18 fevral 1929-cu il tarixdə kəndin Ermənistan SSR- in ərazisinə qatılması barədə qərar qəbul etmişdir.
Bu sənədlə Azərbaycanın daha iki yaşayış məntəqəsi - Er-nəzir və Tuğut kəndləri də ermənilərə peşkəş edilmişdir. Bunun 23 kilometri Nüvədinin, 0,5 kilometri isə Tuğut kəndinin itirilməsi ilə baş verdi.
1989-cu ilin noyabrında ermənilər kəndə silahlı basqın etmişdilər. Xoşbəxtlikdən kənd əhalisi tələfat verməmiş, düşmən ərazini qoruyan silahlı qüvvələr tərəfindən geri oturdulmuşdu. Belə bir vaxtda Nüvədi əhalisi bu kəndin Zəngilanın tabeliyinə verilməsi ilə bağlı Azərbaycan SSR Ali Sovetinə və Zəngilan rayon Xalq Deputatları Sovetinə müraciət etdi. Zəngilan rayon XDS-i 1990-cı ilin may sessiyasında Nüvədinin Zəngilan rayonuna birləşdirilməsi haqqında qərar qəbul etdi.
1990-cı ilin sonlarından etibarən Nüvədi sərhəddində vəziyyət mürəkkəb həddə çatmışdı. Hər gün demək olar ki, sərhəddə silahlı qarşıdurmalar qeydə alınırdı. Lakin kəndin mühafizəsini təşkil edən sərhədi qoruyan rus əsgərləri Vikor Polyaniçkonun göstərişi ilə 1991-ci ilin avqust ayının 8-də gecə saat 4 radələrində gözlənilmədən kəndi tərk edərək erməni yaraqlılarını öz mövqelərində yerləşdirdilər. Beləliklə də Ermənistan ərazisindəki sonuncu Azərbaycan kəndi də Nüvədi erməni hərbi birləşmələri tərəfinlən zəbt edildi. |
FOTO QALEREYA![]() |
VİDEO QALEREYA![]() |





