SORĞU




Baş səhifə | Gənclər siyasətiDovlət-gənclər siyasəti Dovlət gənclər siyasəti – gənclərin oz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dovlət tərəfindən muəyyən edilmiş prioritetlər və həyata kecirilən tədbirlər sistemidir. Yeni nəslin inkişafının əsas vasitəsi - gənclərin dovlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Azərbaycanda dovlət gənclər siyasətinin həyata kecirilməsi işi bunun ücün əsas cavabdeh dovlət qurumu olan Gənclər və Idman Nazirliyinə tapşırılmısdır. Gənclər siyasətinin əsas istiqamətləri: Gənclər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə aşağıdakı kimi müəyyənlıəşdirilib: - Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı; - Istedadlı gənclərə dovlət qayğısı; - Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı; - Gənclərin məşğulluğunun təmin edilməsi; - Gənc ailələrə dovlət yadımı; - Gənclər təskilatlarına dovlət yardımı. Dunən və bu gun Zəngilan rayonu yarandıqdan sonra gənclər siyasətini həyata kecirən əsas təskilat Komsomol Gənclər Təskilatı oldu. Rayonun siyasi elitasının formalaşmasında bu təskilat əvəzolunmaz rol oynamışdır. Dovrunun çox nüfuzlu təşkilatlarından olan Komsomol Gənclər Təskilatı eyni zamanda gənclərin təşəbbüskarlığının artırılması, yaradıcılıq və idarəetmə bacarıqlarının inkişafı istiqamətində Kominist Partiyasının tklif və gostərisləri əsasında iş aparırdı. Müstəqillik qazandıqdan sonra Komsomol Gənclər Təşkilatı təbii olaraq fəaliyyətini dayandırdı və bir muddət gənclər siyasəti arxa plana kecdi. Nəhayət 1994-cu ildə Umummilli lider Heydər Əliyevin təşəbbüsü il. Azərbaycanda dovlət-gənclər siyasətini həyata kecirmək ucun Gənclər və idman Nazirliyi və onun yerli idarələri yaradıldı. Zəngilan rayon Gənclər və Idman idarəsi 1995-ci ildə formalasdırıldı. Rayon əhalisinin 12000 nəfərini gənclər təşkil edir. Məcburi kockunlük şəraitində işə baslayan Gənclər və Idman idarəsi hazırda Bakı şəhərində yerləşir. Rayonun isğala məruz qalması səbəbindən Idarə yalnız iki ştat vahidi - Rəis və Baş məsləhətçi ştatları ilə fəaliyyətini həyata keçirir. Idarə il ərzində gənclər sahəsi uzrə müxtəlif təyinatlı 15-dən artıq tədbirin icrasını təmin etməklə gənclərin asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq imkanlarının aşkarlanması və inkişafı, mənəvi- əxlaqi tərbiyyənin duzgun yöndə qurulması, vətənpərvərlik tərbiyyəsi işinin düzgün qurulması məqsədilə “Hünər” vətənpərvər mahnılar musabiqəsi, “Xəmsə” milli intelektual oyunu, festival yaradıcılıq musabiqəsi, “Breyn-Rinq” oyunu, “Şahin” və “Cəsurlar” hərbi-idman oyunları, müxtəlif goruşlər və konfranslar təskil edir. |
FOTO QALEREYA![]() |
VİDEO QALEREYA![]() |





