SORĞU




Baş səhifə | Elm xadimləriNizami Məhərrəmov (1950) Elmtutmlu texnologiyalar üzrə Rusiya Elmlər Akademiyasının akademiki. 1993-cu ildə SSRI Müdafiə Nazirliyinin nəzdində "Kometa" elm-istehsalat birliyində bölmə müdiri təyin edilən Nizami Məhərrəmov, bu nüfuzlu müəssisənin tarixində böyük məsuliyyət daşıyan ilk azərbaycanlı olur. Şamil Xudiyev (1928-1999) İqtisad elmləri doktoru, professor 1964-1968-ci illərdə indiki Azərbaycan Dövlət Neft Akademiyasında, 1969-1979-cu illərdə isə Azərbaycan Dövlət İqtisad İnstitutunun Elmi-Tədqiqat Institutunda şöbə müdiri vəzifəsində çalışmışdır. Daha sonra elmi fəaliyyətini Azərbaycan İqtisad Universitetində davam etdirmişdir. 10 noyabr 1989-cu il tarixli qərarı ilə ona iqtisad elmləri doktoru alimlik dərəcəsi verilmişdir. Bayram Bağırov(1942) Texnika elmləri doktoru Noyabr 2006-cı ildən Azərbaycan Texnologiya Universitetində "Avtomatika və idarəetmə" kafedrasında professor, kafedra müdiri işləyir. 2007-ci ildən universitetin elm və texnika üzrə prorektorudur 2009-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında AAK Ekspert Şurası üzvüdür. Səmərəli fəaliyyətinə görə "əmək Rəşadəti" medalı ilə təltif edilmişdir. Respublikanın əməkdar mühəndisi, Fəxri İxtiraçısıdır. Zahid Məmmədov Coğrafiya elmləri doktoru, professor Zahid Məmmədov 150-dən artıq elmi məqalənin, 4 monoqrafiya müəllifidir. Əsəd Əsədov (1916-1981) Tarix elmləri doktoru 1981-ci il oktyabr ayında doktorluq dissertasiyası müdafiə etmiş, ona tarix elmləri doktoru alimlik dərəcəsi verilmişdir. Hüseyn İbrahimov (1960) Fizika-riyaziyyat elmləri doktoru 2003-cü ildən "Yarımkeçirici nanostrukturlarda köçürmə hadisələri" laboratoriyasına rəhbərlik edir. 2006-cı ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında şöbə müdiri vəzifəsində işləyir. Azad Bayramov (1953) Fizika-riyaziyyat elmləri doktoru 1994-cü ildə Beynəlxalq Soros mükafatı ilə təltif olunmuşdur. 300 elmi əsərin, 10 monoqrafiya və tədris kitabının müəllifidir. 12 patent, o cümlədən 2 Beynəlxalq Avro-Asiya və 3 Amerika Birləşmiş Ştatlarının patentini almışdır. A.Bayramov yüksək elmi nəticələrinə görə 2009-cu ildə Ingiltərənin Kembric Universitetinin medalı ilə təltif olunmuş, adı Britaniya Ensiklopediyasına, 2010-cu ildə isə Azərbaycan Respublikası Ensiklopediyasına və Amerikada nəşr edilən "Who is who" Beynəlxalq Ensiklopediyasına daxil edilmişdir. Ramiz Camalov (1958) Fizika-riyaziyyat elmləri doktoru 1998-ci ildən hal-hazıradək Kanadanın Monreal şəhərinin universitetində professor kimi çalışır. Rusiyada, Kanadada, ABŞ-da, Ingiltərədə elmi məruzələrlə çıxış edir. Nəriman Xanəliyev (1925-2010) Tibb elmləri doktoru 1984-cü ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. Mikayıl Heydərov (1926-1987) Tarix elmləri doktoru 1983-cü ildən Tarix institutun III- XII əsrlər Azərbaycan tarixi şöbəsinin müdiri vəzifəsində çalışmışdır Mikayıl Ələkbərov (1940) Texnika elmlər doktoru 15 kitabın, 200-dək elmi məqalənin, 50-dən artıq metodik vəsaitin, 9 ixtiranın müəllifi olan M.Ələkbərli Ukrayna Elmlər Akademiyasının həqiqi üzvüdür. Tikinti sahəsində hazırladığı xüsusi proqrama görə Ukrayna EA-nın akademik Budnikov adına mükafatına layiq görülmüşdür. YUNESKO-nun "Elmdə nailiyyətlər" qızıl medalı ilə təltif edilmişdir. Xostan Vəliyev (1932-2008) Coğrafiya elmləri doktoru 1987-ci ildə elmlər doktoru-professor adı almışdır. 1970-ci ildən dünyasını dəyişdiyi 2008-ci ilə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışan X.Vəliyev ümumi coğrafiya kafedrasının professoru, coğrafiya fakültəsinin dekanı, olmuşdur Həsən Rəhimov(1930) Filologiya elmləri doktoru 1992-ci ildən Bakı Ali Diplomatiya Kollecinin kafedra müdiri vəzifəsində çalışır. Kollecin Elmi Şurasının 26 aprel 1996-cı il tarixli qərarı ilə Həsən Rəhimova professor elmi adı verilmişdir. Cəmil Sayılov (1929-1998) Biologiya elmləri doktoru Azərbaycan SSR EA-nın Kimya Institutunda elmi işçi vəzifəsində çalışmışdır. 1957-ci ildə API-nun zoologiya kafedrası üzrə aspiranturaya daxil olmuş, dissertasiya mövzusu götürərək elmi-tədqiqat işləri aparmışdır. 67 elmi əsərin, metodik və dərs vəsaitlərin, eləcədə bir neçə dərsliklərin müəllifidir. 1992-ci ildə isə professor diplomu vermişdir. Məmmədxan Rəsulov (1933-1998) Hüquq elmləri doktoru 1970-ci ildən etibarən o ömrünün sonuna kimi pedaqoji fəaliyyət göstərərək müxtəlif vəzifələrdə çalışmışdır. Universitet prorektoru, xarici tələbələrin təhsili üzrə dekan, dekan müavini olmuşdur. 1975-ci ildə M.Lomonosov adına Moskva Dövlət Universitetində dissertasiya müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. Professor Məmmədxan Rəsulov 100-dən artıq elmi məqalənin, onlarla dərslik və dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi ilə Azərbaycanda ilk dəfə milli dildə "əmək hüququ" adlı dərs vəsaiti nəşr edilmişdir. Nəriman Əliyev (1925-2007) Filologiya elmləri namizədi 1988-ci ildə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi adını almışdır. 1994-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində dərs demiş, 1997-ci ildə "Yurd həsrəti, ümid çırağı" adlı şeirlər kitabını çap etdirmişdir. Nəriman Əliyev respublikanın maarif əlaçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Rizvan Paşayev (1949-2007) Fizika riyaziyyat elmləri doktoru 1981-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adını almışdir 1998-ci ilə Novorosibirsk Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə edərək fizika riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır. Dəfələrlə Təhsil Nazirliyinin və Universitetin fəxri fərmanlarına və ölkənin "Tərəqqi" medalına layiq görülmüşdür. 2005-ci ildə isə tətbiqi riyaziyyat və kibernetika fakültəsinə dekan seçilmişdir. Rizvan müəllim 80- dən çox elmi əsərin, o cümlədən 6 dərs vəsaitinin müəllifi olub. Sofiq Hüseynov (1950-1997) İqtisad elmələri doktoru S.Hüseynov 1988-ci ildə yeni dissertasiya işi müdafiə edərək iqtisad elmləri doktoru kimi yüksək ad almışdır. Sonrakı illərdə o, Azərbaycan Dövlət Plan Komitəsinin Elmi Tədqiqat Iqtisadiyyat Institutunda elmi işlər üzrə direktor müavini və Iqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin direktoru vəzifələrində işləmişdir. 1993-cü ildə ona professor elmi adı verilmişdir. Onun rəhbərliyi ilə onlarla dissertasiya işi müdafiə olunmuşdur. 100-dən çox dəyərli elmi məqalə, 5 monoqrafiya yazmışdır. Milli Məclisin Iqtisadi Siyasət Daimi Komissiyasının sədri olmuşdur. Adilə Abbasova(1943) Fizika-riyaziyyat elmləri doktoru Yarım keçirici çeviricilər sahəsində dərs vəsaitinin, 6 ixtiranın, o cümlədən 2 Azərbaycan patentinin müəllifidir 1995-ci ildən indiyədək Milli Məclisi Aparatının Sosial Qanunvericilik şöbəsinin müdiri vəzifəsində çalışır. 1995-ci ildə professor diplomunu almışdır 1999-cu ildə elmi nailiyyətlərinə görə İngiltərədə Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən “İlin Beynəlxalq qadını” tituluna layiq görülmüşdür. A. Abbasova Amerika Bioqrafiya İnstitutu tərəfindən “2000-ci ilin ümumdünya nailiyyəti” mükafatına və eyni zamanda “2001-ci ilin qadını” adına da layiq görülmüşdür. 2004-cü ildə Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin Həqiqi üzvü adına layiq görülmüşdür. Camalov Qabil (1952) 1976- 1980-ci illərdə SSRİ-nin İrandakı (Tehran şəhəri) Səfirliyində, 1985-1988-ci illərdə isə SSRİ-nin Əfqanıstan Respublikasındakı (Kabul şəhəri) Səfirliyində işləmişdir. 2003-cü ilin iyun ayından bu günədək Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun ümumi işlər üzrə direktor müavini vəzifəsini yerinə yetirir. Qabil Camalov 1 monoqrafiyanın və 50-yə yaxın məqalənin müəllifidir. 3 monoqrafiyanın isə həmmüəllifidir. |
FOTO QALEREYA![]() |
VİDEO QALEREYA![]() |





